Yerevanda etiraz aksiyası: “Baş nazir xalqa qarşıdır”backend

Yerevanda etiraz aksiyası: "Baş nazir xalqa qarşıdır"

Yerevanda ictimai-iaşə sahəsində işləyən bir qrup insan hökumət binasının qarşısında etiraz aksiyası keçirib.

KONKRET.az xəbər verir ki, məlumatı “Aysor” yayıb.

“Mənim bu dövlətdən heç nə gözləmirəm. Baş nazir kreslosunda oturan adam xalqa qarşı diversiya ilə məşğuldur. Bu adi etiraz aksiyasıdır. Ancaq onlar bizi tuturlar. Qoy tutusunlar, sonra nə olacaq? Axı, xalq nə vaxtsa yenə ayağa qalxacaq”,- aksiya iştirakçısı Anait Simonyan bildirib.

O, fəaliyyətləri zamanı karantin şərtlərinə əməl edəcəklərindən danışaraq deyib: “Biz yaşamaq istəyirik. Məgər bizim uşaqlarımız onun Arpi və Şuşanından pisdir?”
Qeyd edək ki, Nikol Paşinyanın Aşot adlı bir oğlu, Mariam, Arpi və Şuşan adlı 3 qızı var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*