“Qarabağ xalqının öz müqəddəratını təyinetmə hüququnun alternativi yoxdur”.
KONKRET.az xəbər verir ki, bunu Qarabağdakı qondarma qurumun qondarma “dövlət naziri” Artak Beqlaryan telegram kanalda yazıb.
“Əgər Əliyev hesab edirsə ki, Qarabağın yerli erməni xalqının Qarabağdan başqa yaşayış yeri var, o zaman yanılır.
Bütün çətinliklərə, çağırışlara və təhdidlərə baxmayaraq, biz vətənimizdə azad, müstəqil və təhlükəsiz yaşamaq uğrunda mübarizəmizi davam etdirəcəyik. Qarabağ xalqının öz müqəddəratını təyinetmə hüququnun alternativi yoxdur. Ərazi bütövlüyünün süni üstünlüyünü təmin etmək üçün gücdən istifadə və güc tətbiqi hədəsi qəbuledilməzdir”, – deyə Beqlaryan çərənləyib.
Xuraman Etibarlı,
KONKRET.az