“Yevlax Pilot Aqropark”ın 103 milyon manatlıq layihə dəyərinin 74 milyon manatı özəl, 29 milyon manatı isə dövlət investisiyasıdır.
KONKRET.az xəbər verir ki, bu barədə İqtisadiyyat Naziri Mikayıl Cabbarov məlumat verib.
Onun sözlərinə görə, 2,855 hektar ərazinin 1,147 hektarında 100 ailə fermer təsərrüfatı yaradılacaq, 1,133 hektarında yemlik bitkilər və şəkər çuğunduru əkiləcək, 210 hektarda isə kommunikasiya xətləri çəkiləcək və mühafizə zolaqları salınacaq. Aqroparkda 500 nəfər daimi, 1 000 nəfər isə mövsümi işlə təmin ediləcək.
