Yevlaxda qanunsuz işləyən trenajor zalı aşkarlandıbackend

Yevlaxda qanunsuz işləyən trenajor zalı aşkarlandı

Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı rayon ərazisində qanunsuz şəkildə fəaliyyət göstərən trenajor zalı aşkar olunub.

Bu barədə KONKRET.az-a DİN Mətbuat Xidmətinin Bərdə Regional qrupundan məlumat verilib.

Bildirilir ki, Yevlax RPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayon ərazisində yerləşən trenajor zalının xüsusi karantin rejiminin qaydalarına zidd olaraq fəaliyyət göstərdiyi müəyyən olunub.

Məkana baxış zamanı 14 nəfərin qayda pozuntusuna yol verdiyi aşkar edilib və həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilərək cərimə olunublar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*