Yol Polisi İdarəsi rəisinin müavininə qarşı ittiham: o həbs olundubackend

Yol Polisi İdarəsi rəisinin müavininə qarşı ittiham: o həbs olundu

KONKRET.az Ermənistan Xüsusi İstintaq Xidmətinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Ermənistan Yol Polisi İdarəsi rəisinin nəqliyyat vasitələrinin qeydiyyatı və texniki müayinəsi üzrə müavini Artur Tonoyan vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunur.

Cinayət istintaqı zamanı Tonoyanı 195-cü maddənin 2-ci hissəsinin 3-cü bəndinə (vəzifə mövqeyindən istifadə edərək qanunsuz rəqabət təcrübəsi) və 308-ci maddənin 1-ci hissəsinə (vəzifə səlahiyyətlərindən sui-istifadə) ittiham etmək üçün kifayət qədər sübutlar əldə edilib.

Rəsmi səlahiyyətlərindən sui-istifadə edən Artur Tonoyan öz cinayətkar əməllərini etiraf edib.

Tonoyan barəsində həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Artur Tonoyan 2016-cı ilin oktyabr ayının əvvəlində Yol Polisi rəisinin müavini təyin edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*