Radara düşməməyin yolları… – Radar necə işləyir?backend

Radara düşməməyin yolları... – Radar necə işləyir?

Yol polisi əməkdaşları daha əlində radarla gəzmir.

Bu sahədə yeniliklər avtomobillərin sürət həddini aşması haqda tez və operativ məlumat almağa hesablanıb. KONKRET.AZ radarlarla bağlı bəzi məlumatları təqdim edir.

Sürücülər, adətən, radar görən kimi tez əyləcə basırlar. Halbuki buna ehtiyac yoxdur. Həm özünüzə, həm də başqalarına təhlükə yaradırsınız. Onsuz da radarların böyük imkanları var. Amma müəyyən məsafələrdə radarlar acizdir.

Yaxındasınızsa, əyləc köməyə gəlməyəcək, uzaqdasınızsa, radar sizi tuta bilməyəcək. Tələsmədən sürəti azalda bilərsiniz.

Keçmiş sovet respublikalarının ərazilərində, adətən, radiolokasiya tipli radarlardan istifadə olunur. Avtomobilə impuls ötürülür, əks olunan siqnal əsasında sürəti müəyyənləşdirirlər.

Yollarda daha çox “Kris” və “Arena” cihazlarından istifadə olunur. Yəni 100 metrə qədər məsafədə radar sürəti müəyyənləşdirə bilir. Məsələn, siz maşını saatda 90 km ilə sürürsünüzsə, radarın yanından ötməyinizə 3-4 saniyə qalmış sürət qeydiyyatı başlayır. Radardan məsafəniz 100 metrdən çoxdursa, avtomobilinizin sürətini dəqiq ölçə bilməyəcək.

“Kordon” və “Kreçet” cihazları çox populyar deyil. Amma bu radarlar 150 metrə qədər dəqiq sürət söyləyə bilir.

Əksər hallarda radar avtomobili yaxına buraxmağa çalışır. Əlbəttə, sürücülər də “ilişməməyə” çalışırlar.

İndi maşınlarda radar-detektorlar olur ki, 500 metrdən radiolokasiya cihazından xəbər tutur. Amma bəzən radarı elə yerə qoyurlar ki, detektor aciz qalır.

Rusiyanın paytaxtı Moskva küçələrində “Strelka” adlanan radarlar dəbə minib. Yol polisinin sevimli cihazıdır. Çünki 250 metrə qədər effektlidir. Tezliklə bizim küçələrdə də görünəcəyi gözlənilir.

Radar-detektorların daha bir düşməni LİSD-2F cihazıdır. Bu radarlar da 250 metrdən sürəti müəyyən edə bilir.

İndi yol polisi daha mükəmməl sistem üzərində baş sındırır. “Avtodoriya” cihazı bu mənada çox təkmilləşmiş qurğudur. Daha sürücünün əyləci basması da köməyə gəlməyəcək. Bu cihazlar təkcə sürət həddini aşmanı müəyyənləşdirmir, həm də yol zolağının pozulması, avtomobilin qadağan olunmuş yerdə saxlanılması hallarını da “görürlər”. Yəni avtomobilləri tərksilah etmək üçün texnologiyanın imkanlarından maksimum istifadə olunur.

Ən yaxşısı qaydaları pozmamaqdır.

Bizimyol.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*