Yük maşınını təkərsiz sürən şəxs cəzalandırıldı – VİDEObackend

Yük maşınını təkərsiz sürən şəxs cəzalandırıldı - VİDEO

Sumqayıtda təkəri olmayan qəzalı yük avtomobilinin yedəyə alınaraq təhlükəli üsulla daşınması ilə bağlı yayılan video Baş DYP İdarəsində araşdırılıb.

İdarədən KONKRET.az-a bildirilib ki, nasaz avtomobillə yol örtüyünü yararsız hala salmaqla yanaşı digər hərəkət iştirakçılarına ciddi təhlükə yaradan, eləcə də maşını yedəyə alaraq təhlükəli üsulla daşıyan sürücülər müəyyən olunub. Onların barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

DYP ictimai qınağa səbəb olan belə halların digər sürücülər tərəfindən təkrarlanmaması ilə bağlı xəbərdarlıq edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*