Deməli, sövdələşmə qiyməti, Qaimə-faktura (invoys) və müqavilə qiyməti 4400 $ olan, ABŞ-dan gələn avtomobilə 5600 Azn gömrük rüsumu təyin edilir. Təqribən alış qiymətinin 75% həcmində.
ABŞ-dan 10 000 $ alınan, 2018- ci il istehsalı olan “Toyota Camry” nin gömrük rüsumu 16 000 Azn dir.
Belə çıxır ki, Yubka geyinən Şotlandın 12 000 dollara sürdüyü 2018-2019 cu ilin “Toyota Camry”sini Azərbaycan vətəndaşı ya 50 min manata sürməlidir ya da Gürcüstanda zibilxanaya atılan 2005-2010- cu ilin avtomobillərini respublikaya gətirib ölkəni böyük bir avtozibilxanaya çevirməli, ekologiyaya da zərər vurmalıdır.
Vallah, bu ölkədə süni bahalaşmanın günahkarı elə Baş Gömrük İdarəsidir. Məncə bu qurum da “pasport stol” lar kimi ləğv edilərək funksiyaları ASAN xidmətə verilsə, vətəndaşlarımız da nəfəs alar, süni inflyasiyanın qarşısı alınar.
P.S. Axşama kimi bütün media qurumları Baş Gömrük İdarəsindən yazır.Gör heç qardaş furaşkasının sünbülünə alır?
KONKRET.az bu məsələrlə bağlı efirə getməyən müsahibəni oxuculara təqdim edir:
Asif İbrahimov, ekspert
