KONKRET.AZ xəbər verir ki, sentyabrın 27-də Separatçı rejimin “xarici işlər naziri” Masis Mailyan Kipr Respublikasının Strovolos şəhərinin meri Andreas Papaharalampusun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Masis Mailyan nümayəndə heyətinin səfərini məmnunluqla qarşıladığını bildirib. Bu səfərin Dağlıq Qarabağda yaratdıqları separatçı rejimə dəstək kimi qiymətləndirib.
Erməni “nazir” vurğulayıb ki, separatçı rejim beynəlxalq proseslərə cəlb olunmaq üçün əlindən gələni edir və bu baxımdan Kiprlə də mərkəzləşdirilmiş əməkdaşlıq formatında münasibətlərin qurulmasında çox maraqlıdır.
Bu çərçivədə Xankəndi ilə Strovolos şəhəri arasında müxtəlif humanitar sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın qurulması imkanları və perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Fadil PAŞAYEV
