Yunanıstanın Baş naziri Türkiyəyə səfər edəcəkbackend

Yunanıstanın Baş naziri Türkiyəyə səfər edəcək

Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ötən ilin dekabrında Afinaya reallaşmış səfərinə cavab olaraq may ayında Ankaraya səfər etməyə hazırlaşır.

KONKRET.az xəbər verir ki, bu barədə Yunanıstanın Baş naziri “Skay 100.3” radiostansiyasına bildirib.

“Biz iki ölkəni yaxınlaşdırmaq istiqamətində çox mühüm addımlar atdıq. Yunanıstan-Türkiyə münasibətləri normallaşma yolundadır və biz bu nailiyyətləri qoruyub saxlamalıyıq”, – Mitsotakis deyib.

Qeyd edək ki, son üç ildir, Yunanıstan və Türkiyə arasında görünməmiş uzunmüddətli böhran yaşanır. Məhz 2023-cü il fevralın 6-da Türkiyədə baş verən dağıdıcı zəlzələdən sonra gərginlik azaldı – Mitsotakis dərhal Ərdoğana zəng edərək zəlzələnin nəticələrinin aradan qaldırılması üçün hər cür köməklik göstəriləcəyini vəd etdi. Türkiyə də öz növbəsində Yunanıstanda baş verən qatar qəzasından sonra başsağlığı verib. Bu, iki ölkə arasında münasibətlərdə yeni ab-hava yaratmağa imkan yaradıb.

Yeri gəlmişkən, 2023-cü il dekabrın 7-də Afinada Ərdoğan və Mitsotakis arasında danışıqlar aparılıb və Yüksək Əməkdaşlıq Şurasının iclası keçirilib. Nəticədə “Dostluq münasibətləri və mehriban qonşuluq haqqında Bəyannamə” və 15 sənəd – sazişlər, memorandumlar, birgə bəyannamələr imzalanıb.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*