Əməkdar artist Yusif Mustafayev adını yeni doğulan nəvəsinə qoymağa icazə verməyib.
KONKRET.az xəbər verir ki, sənətçi bu haqda “Qonaqcanlı” verilişində danışıb. O bildirib ki, oğlu Tərlanın bu istəyini ürəyində qoyub:
“Bizim kənddə adam yaşayırsa, adı nəvəsinə qoymurlar. Adam dünyasını dəyişəndə adını qoya bilərlər. Bu vaxta qədər adımın nəvələrimə qoyulmasına imkan verməmişdim. Oğlum Tərlan gəldi ki, bu dəfə etməliyik. İcazə verdim, amma səhərə kimi yata bilmədim. Səhər yuxudan oyandım və oğluma dedim ki, get uşağın adını dəyiş. Tərlan dedi, ata, yox. Dedim, mən yaşamaq istəyirəm”.
Qeyd edək ki, Y.Mustafayevin 3 övladı, 10 nəvəsi var./axsam.az