Yuxarı Şirvan kanalında batan gəncin meyiti tapıldıbackend

Yuxarı Şirvan kanalında batan gəncin meyiti tapıldı

Yuxarı Şirvan su kanalında batan gəncin meyiti tapılıb.

KONKRET.az xəbər verir, Ağdaş rayonunun Orta Ləki kənd sakini Kərimli Samir Mirzə oğlunun meyiti rayonun Bulaqotağı kənd ərazisindən, yəni suda batdığı yerdən təqribən 300-400 metr məsafədə aşkarlanıb.

Onun meyiti aidiyyəti üzrə təhvil verilib.

Araşdırma aparılır.

Qeyd edək ki, 2006-cı il təvəllüdlü S.Kərimli ötən gün Yuxarı Şirvan kanalının Ağdaş rayonunun Dəhnəxəlil kəndi ərazisindən keçən hissəsində batmışdı.//Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*