Zaqatalada maşın işıq dirəyinə çırpıldı – Xəsarət alan varbackend

Zaqatalada maşın işıq dirəyinə çırpıldı - Xəsarət alan var

Zaqatalada minik avtomobili elektrik dirəyinə çırpılıb.

KONKRET.az-ın məlumatına görə, hadisə Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral yolunun Zaqatala rayonunun Qazangül qəsəbəsi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, “VAZ 2106” markalı minik avtomobil hərəkətdə olarkən idarəetmədən çıxaraq yol kənarındakı işıq dirəyinə çırpılıb.

Hadisə zamanı sürücü xəsarət alaraq Zaqatala rayon xəstəxanasına yerləşdirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*