Zaxarova təhvil verilən erməni cəsədlərinin sayını AÇIQLADIbackend

Zaxarova təhvil verilən erməni cəsədlərinin sayını AÇIQLADI

2020-ci il noyabrın 13-dən etibarən 1374 erməni hərbçinin cəsədi Ermənistana təhvil verilib.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə açıqlama verib.

Onun sözlərinə görə, sülhməramlılar vəziyyəti daha yaxşı bilirlər və axtarış işlərinin dayandırılması ilə bağlı onlara müraciət etmək daha yaxşıdır.

“Əldə olan məlumatlara görə, 13 noyabr 2020-ci ildən bu günə qədər 1684 ölən hərbçinin cəsədi mübadilə edilib. Onlardan 1374-ü Ermənistan, 310-u Azərbaycan tərəfinə təhvil verilib”,-deyə Zaxarova qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*