Zəfər tağı abidəsi hərbi baza kimi istifadə ediləcək – ŞOK QƏRARbackend

Zəfər tağı abidəsi hərbi baza kimi istifadə ediləcək - ŞOK QƏRAR

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda inşa etdirilməsi planlaşdırılan Zəfər tağından hərbi məqsədlərlə də istifadə etmək niyyətindədir.

KONKRET.az xəbər verir ki, prezidentin sözlərinə görə, nəhəng konstruksiyada çox sayda dron saxlamaq və zərurət yaranacağı təqdirdə onları qısa müddətdə istifadəyə vermək mümkün olacaq. Bundan başqa, tağda snayperlərin və böyük həcmdə sursatın yerləşdirilməsi nəzərdə tutulur.

“Bütün dünyada buna bənzər başqa bir obyekt olmayacaq”, – deyə Tramp “Truth Social” platformasında yazıb.

İndiyədək bu tikili əsasən damında müşahidə meydançasının yerləşəcəyi yeni turistik məkan kimi təqdim olunurdu. Tramp indi dronların və snayperlərin yerləşdirilməsinə üstünlük verilməsini “hərbçilərin xahişi” və “milli təhlükəsizlik mülahizələri” ilə izah edib. Prezident bununla bağlı əlavə təfərrüat açıqlamayıb.

Eyni zamanda, Zəfər tağının təyinatının dəyişdirilməsi üçün yeni icazə prosedurlarının tələb olunub-olunmayacağı da məlum deyil.

Əvvəlki layihəyə əsasən, Vaşinqtondakı Zəfər tağının hündürlüyü 76 metrdən çox olmalıdır. 1836-cı ildə Parisdə inşa edilmiş Zəfər tağının hündürlüyü isə təxminən 50 metrdir.

Tikilinin Kolumbiya federal dairəsinin kənarında inşa edilməsi planlaşdırılır. ABŞ mediası hesablamalara istinadən daha əvvəl bildirmişdi ki, layihənin dəyəri 250 milyon dollara çata bilər. Lakin bu məbləğ tağın yalnız turistik obyekt kimi nəzərdə tutulduğu əvvəlki layihəyə aid hesablamadır.

Rəsmiyyə Şərifova,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*