“Zelenski Azərbaycanı ərazi bütövlüyünü bərpa etdiyinə görə təbrik edib” – Qasparyanbackend

"Zelenski Azərbaycanı ərazi bütövlüyünü bərpa etdiyinə görə təbrik edib" - Qasparyan

“Zelenski Azərbaycanı təbrik edib, çünki Azərbaycan ərazi bütövlüyünü bərpa edib”.

KONKRET.az xəbər verir ki, bunu “Milli-Demokratik Qütb” Ümumerməni Partiyasının şura üzvü Vahe Qasparyan erməni mediasına deyib. O bildirib ki, bu gün böyük mitinq keçiriləcək, ardınca məşəllərlə yürüş keçiriləcək.

“Bu gün Milli-Demokratik Qütb Rusiya-Ukrayna müharibəsinin bir illiyi ilə əlaqədar Azadlıq meydanında mitinq-yürüş keçirəcək.

Niyə Ukraynanı dəstəklədiyimiz çox aydındır, işğalçı Rusiya Ordusuna qarşı döyüşür. Ukrayna bütün müstəmləkə xalqlarına istədiyi müstəqilliyi və suverenliyi əldə etməyə kömək edir. Ukrayna Rusiyanın dişlərini sındırmaqla bizə kömək edir.

Əminik ki, Ermənistan hakimiyyəti, o cümlədən Nikol Paşinyan ruslarla əlbirdir. Paşinyanın dünən Vladimir Putinə zəng edərək Münhendə keçirdiyi görüş barədə məlumat verməsi dediklərimə əyani sübutdur. Müstəqil adlanan ölkənin başçısı Münhenə təhlükəsizlik konfransına gedir, Qərb liderləri ilə görüşür, sonra Kremlə zəng edir və kimlə nəyi müzakirə etdiyini Rusiya kralına məruzə edir.

Rusiya Ermənistanı işğal edib, biz işğaldan azad olmalıyıq. Sonra Qarabağı azad etməliyik.

Təəccüb edə bilərsiniz ki, işğal olunmuş ölkə olaraq biz müstəqil sayılırıq, bayrağımız var, gerbimiz var, Birləşmiş Millətlər Təşkilatının üzvüyük və s., Amma biz işğal olunmuşuq çünki bizim ərazimizdə xarici hərbi baza (Gümrüdəki 102-ci Rusiya bazası – red.) var.

Zelenski Azərbaycanı təbrik etdi, çünki Azərbaycan ərazi bütövlüyünü bərpa edib. Ukraynanın Azərbaycanı təbrik etməsi Ermənistanın Kreml siyasətinin nəticəsidir.

Biz özümüz deyirdik ki, Qarabağın 7 rayonu işğal olunmuş ərazilərdir. Əgər biz desəydik ki, Qarabağ işğal olunub və biz onun işğaldan azad edilməsini tələb edirik, o zaman həmin Zelenski Azərbaycanı təbrik etməzdi”, – Qasparyan deyib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*