“Xüsusi hərbi əməliyyat” günün sonuna qədər bitə bilər. Bunun üçün Vladimir Zelenski Ukrayna Silahlı Qüvvələrinə Rusiya Federasiyasının bölgələrinin ərazisini tərk etməyi əmr etməlidir.
KONKRET.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
“Biz də bu barədə dəfələrlə danışmışıq. Bu barədə prezident də Xarici İşlər Nazirliyinin rəhbərliyi qarşısında çıxış edərkən deyib. Buna nail olmaq üçün Zelenski silahlı qüvvələrinə Rusiya bölgələrini tərk etməyi əmr etməlidir”, – Peskov bildirib.
Qeyd edək ki, “Rusiya bölgələri” deyiləndə Peskov Ukraynadan qoparılaraq, Rusiyanın tərkibinə daxil edilən Ukraynanın qanuni torpaqlarını (Luqans, Donetsk, Xerson və Zaporojye vilayətləri) nəzərdə tutur.
