Zelenski Gürcüstanın “Georgian Airways” aviaşirkətinə sanksiyalar tətbiq etdibackend

Zelenski Gürcüstanın “Georgian Airways” aviaşirkətinə sanksiyalar tətbiq etdi

Ukrayna prezidenti Vladimir Zelenski Rusiyaya uçuşların bərpasından sonra Gürcüstanın “Georgian Airways” aviaşirkətinə və onun rəhbərliyinə qarşı sanksiyalar tətbiq edib.

KONKRET.az xəbər verir ki, aviaşirkətin təsisçisi Tamaz Qayaşvili də sanksiya siyahısına daxil edilib.

“Georgian Airways”ə qarşı məhdudiyyətlər on il müddətində qüvvədə olacaq. Sanksiyalar aktivlərin bloklanmasını, ticarət əməliyyatlarının məhdudlaşdırılmasını, kapitalın ölkədən çıxarılmasının qarşısının alınmasını nəzərdə tutur.

May ayında Rusiya prezidenti Vladimir Putin Gürcüstan vətəndaşları üçün vizaları və ölkəyə birbaşa uçuşlara qoyulan qadağanı ləğv edib. Bundan sonra “Georgian Airways” Tbilisidən Moskvaya ilk uçuşu həyata keçirib. Hava hərəkəti bərpa edildikdən sonra Gürcüstana ilk uçuşu isə Rusiyanın “Azimut” aviaşirkəti həyata keçirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*