Zelenski uşaqlıq dostunu Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri vəzifəsindən azad edib.
KONKRET.az xəbər verir ki, Zelenski Venediktova və Bakanovun vəzifədən uzaqlaşdırılması qərarını izah edib. Bu barədə dövlət başçısı ukraynalılara axşam müraciətində deyib.
Prezidentin sözlərinə görə, prokurorluq və UTX əməkdaşları arasında işğal olunmuş ərazilərdə qalıb Rusiyanın xeyrinə işləyən xeyli sayda vətən xaini UTX rəhbəri və Baş prokuror qarşısında çox ciddi suallar yaradır.
Zelenski qeyd edib ki, bu gün ona düşmənə işləyən cinayətkarlara qarşı növbəti əməliyyatın nəticələri barədə məlumat verilib.
“Dövlət İstintaq Bürosunun əməkdaşları Ukrayna Təhlükəsizlik Xidməti ilə birlikdə UTX-nin Krım Muxtar Respublikası üzrə Baş İdarəsinin keçmiş rəisini saxlayıblar. Bu şəxs genişmiqyaslı işğalın əvvəlində mənim tərəfimdən işdən çıxarılıb və gördüyümüz kimi həmin qərar tamamilə əsaslandırılıb. Vətənə xəyanətdə şübhəli bilinməsi ilə bağlı şəxsə göndərilən mesajlara kifayət qədər sübutlar toplanıb. Onun bütün cinayət əməlləri sənədləşdirilib. Onun bu aylar ərzində və ondan əvvəl etdiyi hər bir işə lazımi hüquqi qiymət veriləcək”, – deyə Zelenski vurğulayıb.
Xuraman Etibarlı,
KONKRET.az
