Zəngəzur dəhlizi ilə bağlı İrəvandan daha bir AÇIQLAMA: “Bu məntiqlə ola bilməz”backend

Zəngəzur dəhlizi ilə bağlı İrəvandan daha bir AÇIQLAMA: “Bu məntiqlə ola bilməz”

İyunun 17-də İrəvanda Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın sədrliyi ilə KTMT Təhlükəsizlik Şurası Katibləri Komitəsinin növbəti iclası keçirilib.

KONKRET.az xəbər verir ki, bu barədə informasiyanı Ermənistan Təhlükəsizlik Şurasının ofisi yayıb.

Mənbə yazır ki, dar və genişləndirilmiş formatda keçirilən iclasda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv dövlətlərin təhlükəsizliyinə çağırış və təhdidlərin neytrallaşdırılması tədbirləri, KTMT regionunda birgə antiterror fəaliyyətləri ilə bağlı məsələlər müzakirə edilib.

Bu kontekstdə Qriqoryan Cənubi Qafqaz regionunda formalaşmış təhlükəsizlik mühitinə toxunub.

O, xüsusilə qeyd edib ki, region hələ də problemlərlə doludur, bu da Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanmaması və Qarabağ məsələsi ilə bağlıdır.
Təhlükəsizlik Şurasının katibi, həmçinin regionda təhlükəsizlik vəziyyətinin sabitləşdirilməsi və mövcud çağırışların neytrallaşdırılması məsələsində Ermənistanın mövqeyini və yanaşmalarını təqdim edib.

Regional kommunikasiyaların blokadadan çıxarılmasından danışan Qriqoryan qeyd edib ki, Azərbaycan vaxtaşırı Ermənistan ərazisindən keçən “nəqliyyat dəhlizi”nin açılması məsələsini gündəmə gətirir: “Ölkəmizin ərazisində dəhliz məntiqində heç bir nəqliyyat marşrutu ola bilməz”.

O, həmçinin vurğulayıb ki, Azərbaycan, Rusiya və Ermənistan arasında 10 noyabr 2020-ci il, 11 yanvar və 21 noyabr 2021-ci il tarixlərində imzalanmış bütün bəyanatlara əsasən dəhlizlərdən bəhs edilmir.

Qarabağ münaqişəsindən danışan Qriqoryan qeyd edib ki, hələ də həll olunmayıb və onun hərtərəfli həlli ATƏT-in Minsk Qrupunun həmsədrliyi çərçivəsində verilməlidir.

Qeyd edək ki, bu, artıq Zəngəzur dəhlizi, ATƏT-in Minsk Qrupu ilə bağlı İrəvandan səslənən günün ikinci mesajıdır. Ermənistan prezidenti Vaaqn Xaçaturyan Rusiyadakı erməni icmasının nümayəndələri ilə görüşündə “Zəngəzur dəhlizini istəmirik, Sisyandan Naxçıvana yol var” fikrini səsləndirmişdi və “Dağlıq Qarabağ” ifadəsini işlədərək Dağlıq Qarabağ probleminin mövcud olduğunu vurğulamışdı.

Elə həmin şəhərə qonaq gələn Avropa Şurasının baş katibi Mariya Peyçinoviç-Buriç isə istər prezident Vaaqn Xaçaturyan, istərsə də Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın dediklərinin üstündən xətt çəkərək xarici işlər naziri Ararat Mirzoyanla görüşündə ümidlə danışıb, Azərbaycan və Ermənistan liderləri – İlham Əliyev və Nikol Paşinyanın növbəti görüşünün anonsunu verib. Dövlətin 1-ci şəxsləri ilə bağlı anons isə təkbaşına verilə bilməz, deməli Baş nazir Nikol Paşinyan rəsmi Bakının 5 maddədən ibarət olan təklifinə razılığını verib və onları müzakirə etməyə hazırdır.

Armen Qriqoryana isə Azərbaycan, Rusiya və Ermənistan arasında 10 noyabr 2020-ci il il tarixində imzalanmış sənədin bütün maddələrini oxumağı məsləhət görərdik. Və yenidən xatırladırıq ki, Laçın dəhlizinin “açarı” bölgəyə müvəqqəti dislokasiya edilən rus sülhməramlılarının deyil, rəsmi Bakının ixtiyarındadır.

Roman Göytürk,

KONKRET.az

  • Sultan
    İyun 18, 2022 - 17:38

    Ay eşşək erməni, başa düş! Sizi hər tərəfli rahatlayacayıq! Öz xoşuna, ya s@kə – s@kə, bizimçün fərqi yoxdur☝

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*