“Zəngəzur dəhlizindən söhbət gedə bilməz, bu, Ermənistan üçün qırmızı xəttdir” – Qriqoryanbackend

"Zəngəzur dəhlizindən söhbət gedə bilməz, bu, Ermənistan üçün qırmızı xəttdir" - Qriqoryan

“Ermənistan Laçın dəhlizinin açılması ilə bağlı danışıqlarda iştirak etməyəcək”.

KONKRET.az xəbər verir ki, bunu FactorTV-yə müsahibəsində Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.

O bildirib ki, Ermənistan Laçın dəhlizinin açılması ilə bağlı danışıqlarda iştirak etməyəcək.

Təhlükəsizlik Şurasının katibi xatırladıb ki, Ermənistan hökuməti əvvəllər üç keçid məntəqəsinin yeri barədə qərar qəbul edib, oradan kommunikasiyaların açılması mümkün olub.

“Bakıdan reaksiya gözləyirik. Amma ekstraterritorial kontekst müzakirə olunmayacaq, bu, Ermənistan üçün qırmızı xəttdir. Noyabrın 9-da verilən bəyanata görə, Ermənistan ərazisindən keçən dəhlizlə bağlı razılaşma yoxdur. Yəni, bu, Azərbaycanın fikridir, bu ritorika proseslərə təsir etməyib və etməyəcək”, – Qriqoryan qeyd edib.

O deyib ki, bu məsələ ilə bağlı heç bir şifahi razılaşma yoxdur.

“Ermənistan “blok”un açılmasında maraqlıdır və biz mexanizmlər təklif etmişik. Nə 9 noyabr bəyanatında, nə də Rusiya Prezidentinin 10 noyabr fərmanında Ermənistanın FTX-nin nəzarəti altında olan yolu (Zəngəzur koridoru – red.) verməyi öhdəsinə götürdüyü deyilib. Bu yola Ermənistan nəzarət edəcək və FTX artıq Ermənistan tərəfindən bu öhdəliyin yerinə yetirilməsinə nəzarət edəcək”, – deyə Qriqoryan bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

  • Röyal
    Fevral 25, 2023 - 09:14

    Ola bilərki Ermənistan baş nazıri Nikol Paşinyan Erməni cəmiyyətini aldadıb və 9 noyabrda imzalanan 3 tərəfli bəyanatı erməni rikorikasından gizlədir və həmişə olduğu kimi Ermənistanı yenə uçuruma sürüklüyür. Görünür 44 günlük DƏMİR YUMURUQ əməliyyatı ermənilərin yadından çıxıb və yaxutta öz erməni xislətinə sadiq qalaraq dənizdən dənizə böyük Ermənistan idealoji xəyallarında əl çəkmək istəmirlər. Amma erməni tərəfi Qarabağ ermənilərini belə heçdən sayaraq sadəcə öz çıxarları üçün tez tez Qarabağ adı çəkirlər sadəcə o millətin xisləti budur BMT nin 4 qətnaməsinə əməl etməyən bir dövlətdən başqa nə gözləmək mümkündür kü.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*