“Əgər Paşinyan hakimiyyətdə qalmağa davam etsə, Zəngəzur tezliklə Azərbaycanın nəzarətinə keçəcək”.
KONKRET.az ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu müsahibəsində erməni general-mayoru Arkadi Tadevosyan deyib. Bildirib ki, Paşinyan qərbin diqtəsi ilə hər şey etməyə hazırdır.
“Bunun baş verməməsi üçün Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq lazımdır”.
