Zəngəzurda ABŞ, Azərbaycan və Ermənistan nümayəndələri görüşüb? – RƏSMİ AÇIQLAMAbackend

Zəngəzurda ABŞ, Azərbaycan və Ermənistan nümayəndələri görüşüb? - RƏSMİ AÇIQLAMA

ABŞ-ın Yerevandakı səfirliyi səfir Lin Treysinin bu ilin aprel ayında Sünik vilayətinə (Zəngəzur) səfəri zamanı Ermənistanın baş naziri Nikol Paşinyanla görüşməsi barədə mətbuatda və sosial şəbəkələrdə yayılan məlumatları təkzib edib.

KONKRET.az “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, diplomatik nümayəndəlik məsələ ilə bağlı açıqlama yayıb.

Məlumatlara görə, N.Paşinyan Zəngəzur səfəri zaman orada olan ABŞ səfiri Lin Treysi ilə mehmanxanalardan birində gizli görüş keçirib. İddialara görə həmin görüşdə Azərbaycan tərəfindən nümayəndə də iştirak edib.

Səfirliyin açıqlamasında qeyd edilib ki, səfirin Zəngəzura səfəri zamanı orada heç bir rəsmi şəxslə görüşü olmayıb:

“Səfir Lin Treysi Sünikdə Ermənistanın baş naziri Nikol Paşinyan və prezident Armen Sarkisyanla nə görüşüb, nə də danışıqları aparıb”.

Səfirlik bildirib ki, L.Treysi Zəngəzurda yerli vəzifəli şəxslərin köməyi ilə səfirliyin layihəsini reallaşdıran tərəfdaşlarla görüşüb, pandemiyanın və İkinci Qarabağ müharibəsinin nəticələri ilə tanış olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*