Zəngilanda “ASAN xidmət” fəaliyyətə başladı – FOTObackend

Zəngilanda “ASAN xidmət” fəaliyyətə başladı - FOTO

Zəngilan rayonunun Ağalı kəndində ötən gündən etibarən Dövlət Xidmətləri Mərkəzi faəliyyətə başlayıb.

KONKRET.az xəbər verir ki, mərkəzdə mövcud olan “ASAN xidmət” köşkü vasitəsilə kənd sakinlərinin dövlət xidmətlərinə rahat çıxışı təmin edilir. Belə ki, “ASAN xidmət” əməkdaşı tərəfindən onlara müəyyən onlayn xidmətlər üzrə yerində, digər növ xidmətlər üzrə isə müraciətləri qəbul edilməklə Səyyar ASAN xidmət vasitəsilə xidmət göstərilir.

Qeyd olunan müraciətlərin təmin edilməsi məqsədilə 4 avqust tarixində  Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən operativ xüsusi səyyar qrup Zəngilan rayonuna ezam olunub.

Kənd əhalisinin dövlət xidmətləri üzrə zəruri sənədlərə ehtiyaclarının müəyyənləşdirilməsi məqsədi ilə səyyar qrup tərəfindən 46 ünvanda sorğular təşkil olunub. İlkin olaraq yerində 37 nəfərə məhkumluq arayışının verilməsi xidməti həyata keçirilib.

Səyyar ASAN xidmət tərəfindən 9 avqust 2022-ci il tarixində müəyyən edilmiş ehtiyaclar üzrə müvafiq xidmətlərin göstərilməsi təmin ediləcək.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*