“Zəngilanın Ağalı kəndinin sakinləri yaxın vaxtlarda köçürüləcəklər” – RƏSMİbackend

“Zəngilanın Ağalı kəndinin sakinləri yaxın vaxtlarda köçürüləcəklər” - RƏSMİ

“Böyük Britaniya minatəmizləmə ilə bağlı Azərbaycana dəstək verir. Ancaq biz beynəlxalq aləmdən böyük dəstək almamışıq”.

KONKRET.az report-a istinadən xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanı zəfərə aparan yol” adlı kitabın təqdimat mərasimində deyib.

O bildirib ki, böyük qayıdışa ən böyük maneə mina problemidir.

Dövlət Komitəsinin sədri həmçinin söyləyib ki, artıq Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” tikilib qurtarıb və ya qurtarmaq üzrədir:

“Həmin kəndin sakinləri yaxın vaxtlarda doğma yerlərinə köçürüləcəklər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*