Zəngin ermənilər Qarabağdan QAÇIR – VİDEObackend

Zəngin ermənilər Qarabağdan QAÇIR - VİDEO

Pullu ermənilər Qarabağdan qaçır.

KONKRET.az xəbər verir ki, bu barədə yanvarın 8-də Ruben Vardanyan deyib. O bildirib ki, bir neçə zəngin erməni Xankəndini tərk edib.

Müstəqil hərbi-analitik internet layihəsi Caliber Qarabağdan hansı oliqarxların qaçdığını araşdırıb.

Məlum olub ki, aradan çıxan oliqarxlardan biri SSRİ-nin keçmiş naziri (1989-1991) Qriqori Qabrielyantsdır. O, ailəsi ilə birlikdə istirahət adı ilə xarici ölkəyə qaçıb.

Onun Azərbaycanın Qarabağ bölgəsində RSK-nin müvəqqəti məsuliyyət zonasından qaçması barədə məlumat yayılıb. Qabrielyants Rusiya sülhməramlılarının köməyi ilə “koronavirus”la təxliyə olunub. Lakin keçmiş nazir yaşına baxmayaraq şux görkəmdə olub və xəstə olmayıb.

Bu qoca erməninin Qarabağdan pulla dolu çamadanla, həm də Xocalı aeroportundan vertolyotla qaçdığı bildirilir.

Qeyd edək ki, Qriqori Qabrielyants 1934-cü ildə Bakıda doğulub. Geoloqdur, 1989-1991-ci illərdə Geologiya naziri vəzifəsində çalışıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*