Zöhrab Mnaçakanyan iraqlı həmkarından xahiş etdi: “Ermənistanda və Dağlıq Qarabağda iraqlı tursitlərin sayının artmasını istəyirik”backend

Zöhrab Mnaçakanyan iraqlı həmkarından xahiş etdi: “Ermənistanda və Dağlıq Qarabağda iraqlı tursitlərin sayının artmasını istəyirik”

Nyu-Yorkda xarici işlər naziri Zöhrab Mnaçakanyan iraqlı həmkarı Məhəmməd Əli əl-Hakim ilə görüşüb. KONKRET.AZ xəbər verir ki, bu barədə Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Görüşdə xüsusi olaraq vurğulanıb ki, iki ölkə arasında siyasi dialoq ən yüksək səviyyədədir. Ermənistanla İraq ticarət-iqtisadi əlaqələrin dinamik inkişafının ardıcıllığında maraqlıdır. Bunun üçün hər iki nazir ikitərəfli görüşlərin gündəliyini dərinləşdirmək və zənginləşdirmək barədə razılığa gəliblər.

Nazir Mnaçakanyan vurğulayıb ki, İraq Ermənistan üçün ən etibarlı tərəfdaş olan ölkələr sırasındadır.

Qeyd edək ki, iki ölkə konkret olaraq alternativ enerji və turizm sahələrində əməkdaşlığın təşviq edilməsinin vacibliyini qeyd ediblər. Ermənistanın xarici işlər naziri ölkəsində və Dağlıq Qarabağda iraqlı tursitlərin sayının artması istiqamətində əməli tədbirlərin əhəmiyyətini qeyd edib.

Danışıqlarda İraqın ictimai-siyasi həyatında və iki ölkə arasındakı çoxəsrlik dostluğun qorunmasında erməni icmasının xüsusi rolu qarşılıqlı olaraq qiymətləndirilib.

Fadil PAŞAYEV

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*