10-cu sinifdə oxuyan oğlan məktəbli qızı QAÇIRDIbackend

10-cu sinifdə oxuyan oğlan məktəbli qızı QAÇIRDI

Tərtərdə 9-cu sinif şagirdi qız qaçırılıb.

KONKRET.az Lent.az-a istinadən xəbər verir ki, hadisə kənd məktəblərindən birində qeydə alınıb.

Belə ki, 10-cu sinif şagirdi olan oğlan 9-cu sinifdə təhsil alan qızı evlənmək məqsədilə qaçırıb.

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bildirib ki, belə bir hadisə qeydə alınıb, hazırda faktla bağlı araşdırma aparılır:

“Tərtər rayonunda belə bir fakt təsdiqini tapıb. İstintaq tərəfindən araşdırma aparılır. Oğlanla qız arasında iki yaş fərq var. Hüquq-mühafizə orqanları tərəfindən hazırda araşdırma gedir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*