11-ci sinif şagirdi “Son zəng” öncəsi yoxa çıxdı – FOTObackend

11-ci sinif şagirdi "Son zəng" öncəsi yoxa çıxdı - FOTO

Füzulidə 11-ci sinif şagirdi itkin düşüb.

KONKRET.az xəbər verir ki, rayonun Böyük Bəhmənli kənd sakini, 2005-ci il təvəllüdlü Süleymanov Zaur Elşən oğlu itkin düşüb.

Onun suda batması ilə bağlı Baş Mil kanalının Füzuli rayonunun Böyük Bəhmənli kəndi ərazisindən keçən hissəsində FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Məlumata görə Z.Süleymanov dünən günortadan sonra yoxa çıxıb. O, bu gün “Son zəng” tədbirində iştirak edəcəkdi.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*