Çində dövlət qurumlarında yüksək vəzifələrə təyinat zamanı ölkə daxilində təhsil almış məzunlara üstünlük veriləcək.
KONKRET.az xəbər verir ki, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradov bildirib.
O bildirib ki, əvvəllər xaricdə təhsil alaraq ölkəyə qayıdan məzunlar Çində yüksək qiymətləndirilir və istedadlı kadrlar kimi xarakterizə olunurdular. Lakin hazırda yanaşma dəyişib. Artıq dövlət qurumlarında yüksək vəzifələrə yalnız Çində təhsil almış məzunların təyin olunacağı bildirilir.
