118 saylı Ağdam Şəhər Seçki Dairəsinin iki seçki məntəqəsində səsvermənin nəticəsi ləğv edildibackend

118 saylı Ağdam Şəhər Seçki Dairəsinin iki seçki məntəqəsində səsvermənin nəticəsi ləğv edildi

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında Milli Məclisə seçkilərlə əlaqədar 118 saylı Ağdam Şəhər Seçki Dairəsindən namizədliyi qeydə alınmış Musa Ağayevin müraciətinə baxılıb.

KONKRET.az xəbər verir ki, bu barədə MSK-nın katibi Arifə Muxtarova məlumat verib.

A.Muxtarova bildirib ki, müraciət edən namizəd dairə üzrə seçki məntəqələrində qanun pozuntuları olmasını əsas gətirərək, pozulmuş hüquqlarının bərpasını xahiş edib: “Araşdırma nəticəsində 25 və 33 saylı seçki məntəqələrində seçicilərin iradəsini əks etdirməyən hallar müşahidə edilib. Təklif edirəm ki, həmin seçki məntəqələrində səsvermənin nəticələri etibarsız sayılsın”.

MSK müraciəti müzakirəyə çıxarıb və təklif səsə qoyularaq qəbul edilib, 25 və 33 saylı seçki məntəqələrində səsvermənin nəticələri etibarsız sayılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*