“120 min” erməninin köməyə ehtiyacı var, Paşinyan Türkiyəyə yardım göndərir”.
KONKRET.az xəbər verir ki, bunu Ermənistan Müdafiə Nazirliyinin binası qarşısında başlayan etiraz aksiyasında iştirak edənlər deyib.
Xatırladaq ki, aksiyanın təşəbbüskarı “Xaçlılar” dəstəsinin üzvləridir. Onların dediyinə görə, Vardenisdəki (Basarkeçər) xidmətlərindən səbəbsiz yerə endiriliblər.
“Biz bilməliyik ki, niyə aşağı salındıq. Bu sual hamımız üçün çox vacibdir.
Paşinyan dünənki hadisələrə görə başsağlığı verir və Türkiyəyə yardım göndərmək istəyir. Lakin xatırlatmaq istəyirəm ki, bizim Qarabağda hazırda çox köməyə ehtiyacı olan “120 min” erməni var. İnsanlar indi ac, yanacaqsız, yeməksiz, siqaretsiz oturublar.
Parlament üzvlərindən biri deyir ki, “120 min” erməniyə görə 3 milyon erməniyə ziyan vurmaq fikrində deyillər. Amma o “120 min” 3 milyona daxildir, biz belə düşünürük.
Qarabağ xalqı bizim xalqımızdır, qardaş və bacılarımızdır. Biz risk edəcəyik, o “120 min” üçün sona qədər risk etməyə hazırıq.
Niyə dəhliz açılmır, bu adamlar neçə ay, neçə il mühasirədə qalacaqlar, yoxsa artıq özlərinə biznes qurublar?”, – aksiya iştirakçıları deyir.
Xuraman Etibarlı,
KONKRET.az
