150 ildən çoxdur sirri açılmayan məzar: Onun heykəli üzərinə hər səhər təzə çiçək qoyan kimdir?backend

150 ildən çoxdur sirri açılmayan məzar: Onun heykəli üzərinə hər səhər təzə çiçək qoyan kimdir?

Almaniyanın Frayburq şəhərində yerləşən qədim qəbiristanlıq həm yerli sakinlər, həm də tarixçilər arasında əsrlərdir sirrini qoruyub saxlayan qeyri-adi bir əhvalatla gündəmdədir.

KONKRET.az xəbər verir ki, 1867-ci ildə 16 yaşında vəfat edən Kerolayn Valterin xatirəsi bu gün də müəmmalı bir ənənə ilə yad edilir. Gənc qız dünyasını dəyişdikdən sonra kədərlənən bacısı Selma heykəltəraşlığa müraciət edərək onun real ölçülərdə heykəlini hazırlatdırıb və məzar daşının üzərinə qoydurub.

Ən təəccüblü məqam isə qızın dəfn olunduğu gündən etibarən baş verənlərdir. Belə ki, təxminən 150 ildən çoxdur ki, hər səhər Kerolaynın məzarındakı heykəlin əlində təzə bir çiçək peyda olur. İllər keçməsinə və müasir texnologiyanın imkanlarına baxmayaraq, bu çiçəkləri hər səhər məzara kimin gətirdiyini hələ də heç kim öyrənə bilməyib.

Bu sirli hadisə cəmiyyətdə müxtəlif əfsanələrin yaranmasına səbəb olub. Xalq arasında yayılan ən məşhur fərziyyələrdən biri isə budur ki, bu çiçəkləri məzarın üzərinə onun məxfi və ya guya “vampir sevgilisi” gətirir. Qəbiristanlıqdakı bu müəmmalı ənənə bu gün də dünyanın hər yerindən gələn səyyahların və tədqiqatçıların böyük marağına səbəb olur.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*