Avqust ayının 19-na kimi temperatur 17 gün normadan yüksək (0.4-5.2 dərəcə), 1 gün normadan 0.3 dərəcə aşağı olub.
KONKRET.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Ayın 9-da temperatur 5.2 dərəcə yüksək olub. Belə ki, həmin vaxt havanın maksimal temperaturu 38.6 dərəcə olub.
