“20 Yanvar” metrosunun bu çıxışının istiqaməti dəyişirbackend

“20 Yanvar” metrosunun bu çıxışının istiqaməti dəyişir

Bakı-Sumqayıt yolunun genişləndirilməsi məqsədilə aparılan işlər çərçivəsində “20 Yanvar” metrostansiyasının çıxış istiqaməti dəyişdirilir.

Sözügedən stansiyanın Azərsu ASC-nin inzibati binasının qarşısındakı çıxışı artıq bağlanıb. Stansiyanın keçid hissəsi saxlanılmaqla, çıxış əvvəlkinin tam əksinə olacaq.

Aparılan işlərlə əlaqədar ASC-nin qarşısında quraşdırılan kiçik fontan söküləcək. Sərnişinlər artıq Azərsu ASC-nin qarşısına tərəf çıxacaqlar.

Metronun bağlanan çıxış hissəsi vasitəsilə isə yol genişləndiriləcək. Bu, “Şamaxinka” ərazisindən “20 Yanvar” istiqamətində hərəkət edən avtomobillərin tıxaca düşmədən üzü Respublika Kliniki Xəstəxanasına tərəf rahat hərəkət etməsinə şərait yaradacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*