200-ə yaxın rusiyalı Qazaxıstanda kinoteatrlara yerləşdirildibackend

200-ə yaxın rusiyalı Qazaxıstanda kinoteatrlara yerləşdirildi

Rusiyanı tərk edən 200-ə yaxın vətəndaş Qazaxıstanda kinoteatrlara yerləşdirilib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, səfərbərlikdən yayınıb ölkəni tərk edən ruslar gecələmək üçün yer tapa bilmirlər.

“CinemaPark” kinoteatrının direktoru bildirib ki, Qazaxıstanın Uralsk şəhərində kinozallar onlar üçün boşaldılıb:

“Təxminən axşam saat 23:00-dan insanlar gəlməyə başladılar. Bütün günü gəzdiklərini, gecələmək üçün yer tapa bilmədiklərini söylədilər. Biz təxminən 200 nəfəri dörd zala yerləşdirdik”.

Şahidlərin sözlərinə görə, Qazaxıstanla sərhəddə ölkəni tərk etmək istəyənlərin 20 km uzunluğunda növbəsi yaranıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*