“200 ildir bizi millətçilik və şovinizm ideologiyası ilə zəhərləyiblər” – Mnatsakanyan “od püskürdü”backend

“200 ildir bizi millətçilik və şovinizm ideologiyası ilə zəhərləyiblər” – Mnatsakanyan “od püskürdü”

“Bizi millətçilik və şovinizmlə zəhərləyiblər”.

KONKRET.az xəbər verir ki, bu barədə erməni jurnalist Rafayel Mnatsakanyan deyib.

O, Ermənistanın siyasi elitasını xalqı aldatmaqda və saxta ideologiyaları təbliğ etməkdə günahlandırıb: “Siz yalançısınız. 200 ildir bizi millətçilik və şovinizm ideologiyası ilə zəhərləmisiniz. İndiyə qədər biz bu boş və mənasız ideologiya ilə yaşayırıq. Siz niyə belə etmisiniz? Beyinlərimizi bu axmaq fikirlərlə doldurmusunuz, özünüz isə varlanmısınız”.

Daha sonra erməni jurnalist fikirlərini xalqa müraciətlə davam etdirib: “Ətrafınızda gəzən varlılara baxın, hansı ki, diasporda təmsil olunurlar. Bunlar həmin millətçi qüvvələrdir. İnsanları axmaq yerinə qoyaraq pullarını alıblar. Özləri  üçün hər bir şərait yaradıblar. Amma insanları küçələrə axışmağa məcbur ediblər və mübarizə aparmağa səsləyiblər. Əsas odur ki, öz mülklərini qoruyurlar”, – deyə Mnatsakanyan fikirlərini tamamlayıb.

Müşviq Tofiqoğlu,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*