2006-cı ildən əvvəl işləyənlərin nəzərinə: Pensiya ilə bağlı vacib açıqlamabackend

2006-cı ildən əvvəl işləyənlərin nəzərinə: Pensiya ilə bağlı vacib açıqlama

Azərbaycanda pensiya yaşına yaxınlaşan minlərlə vətəndaşı düşündürən əsas məsələlərdən biri də 2006-cı ildən əvvəlki əmək stajının gələcək pensiyanın hesablanmasına necə təsir etməsidir. Cəmiyyətdə həmin dövrdə fərdi pensiya hesabları olmadığı üçün iş stajının nəzərə alınmadığı ilə bağlı yanlış təsəvvürlər də mövcuddur.

Bəs 2006-cı ildən əvvəl qazanılan əmək stajı pensiya kapitalına necə çevrilir və gələcək pensiyanın məbləğinin formalaşmasında hansı rolu oynayır?

Mövzu ilə bağlı KONKRET.az-a danışan beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssisi Asif İbrahimov bildirib ki, 2006-cı ildən əvvəlki əmək fəaliyyəti heç bir halda itirilmiş hesab edilmir və qanunvericiliklə qorunur.

Pensiya almaq istəyənlərin diqqətinə | KONKRET

“Azərbaycanda 2006-cı il yanvarın 1-dən etibarən sığorta prinsiplərinə əsaslanan yeni pensiya sistemi tətbiq edilir. Həmin tarixdən sonra işçilərin əməkhaqqından ödənilən məcburi dövlət sosial sığorta haqları onların fərdi şəxsi hesabında pensiya kapitalı kimi toplanır və gələcək pensiyanın əsasını məhz bu vəsait təşkil edir.

2006-cı il yanvarın 1-dək olan hər tam iş ili üçün vətəndaşın fərdi hesabına 306 manat şərti pensiya kapitalı hesablanır. Tam olmayan illər isə işlənmiş ayların sayına uyğun proporsional qaydada nəzərə alınır.”

Asif İbrahimovun sözlərinə görə, məsələn, 20 il iş stajı olan şəxsin hesabına 6 120 manat, 25 il stajı olan şəxsin hesabına 7 650 manat, 30 il iş stajı olan şəxsin hesabına isə 9 180 manat ilkin pensiya kapitalı yazılır.

Ekspert vurğulayıb ki, bu məbləğ son nəticə deyil:

“Bir çoxları düşünür ki, məsələn, 30 il işləyən şəxsin hesabına cəmi 9 min manat yazılır və bununla proses başa çatır. Əslində isə bu, yalnız başlanğıc kapitaldır. Sonrakı illərdə həmin məbləğ qanunvericiliyə uyğun olaraq indeksləşdirilir. İnflyasiya, orta aylıq əməkhaqqının artımı və digər iqtisadi göstəricilər nəzərə alınmaqla pensiya kapitalı artırılır və beləliklə də vətəndaşın pensiya hüququ öz real dəyərini qoruyur.”

Mütəxəssis bildirib ki, əmək pensiyasının məbləği iki əsas mənbə əsasında formalaşır.

“Bunlardan biri 2006-cı ildən əvvəlki iş stajına görə hesablanmış və sonradan indeksləşdirilmiş pensiya kapitalı, digəri isə 2006-cı ildən sonra ödənilən məcburi dövlət sosial sığorta haqları hesabına toplanan fərdi pensiya kapitalıdır.

Bu iki kapital birləşdirildikdən sonra qanunvericilikdə müəyyən olunmuş metodologiya əsasında aylıq əmək pensiyası hesablanır”.

Asif İbrahimov vurğulayıb ki, hazırkı pensiya sistemi klassik sosial təminat modelindən fərqli olaraq sığorta prinsipinə əsaslanır və gələcək pensiyanın məbləği birbaşa rəsmi əməkhaqqı və ödənilən sosial sığorta haqlarından asılıdır.

“Yalnız uzun iş stajı yüksək pensiya almaq üçün kifayət etmir. Əgər əməkhaqqı aşağı məbləğdə rəsmiləşdirilibsə və ya sosial sığorta haqları minimum əməkhaqqı üzərindən ödənilibsə, toplanan pensiya kapitalı da aşağı olacaq. Buna görə də qeyri-rəsmi məşğulluq gələcək pensiya təminatı üçün ən ciddi risklərdən biridir.

Əməkhaqqının bir hissəsinin qeyri-rəsmi ödənilməsi qısamüddətli dövrdə üstünlük kimi görünsə də, uzunmüddətli perspektivdə vətəndaşın pensiya kapitalını azaldır və gələcəkdə daha aşağı pensiya almasına səbəb olur.

2006-cı ildən əvvəl uzun illər rəsmi işləyən şəxslərin narahat olmasına əsas yoxdur. Həmin dövr üzrə qazanılmış əmək hüquqları dövlət tərəfindən qorunur və pensiya kapitalına çevrilərək gələcək pensiyanın hesablanmasında nəzərə alınır”.

Sonda Asif İbrahimov vətəndaşlara fərdi sığorta hesablarını mütəmadi yoxlamağı, əmək münasibətlərini rəsmiləşdirməyi və işəgötürənin sosial sığorta haqlarını tam həcmdə ödədiyinə əmin olmağı tövsiyə edib.

Onun fikrincə, gələcəkdə yüksək pensiya almağın əsas şərti yalnız keçmiş iş stajı deyil, həm də bu gündən etibarən rəsmi məşğulluğun davam etdirilməsi, real əməkhaqqının rəsmiləşdirilməsi və sosial sığorta ödənişlərinin tam həcmdə həyata keçirilməsidir.

Aynurə İsmayıl

KONKRET.az

  • Azadə
    İyul 30, 2026 - 15:05

    Salam.2006- cı ildən əvvəl deyəndə neçənci illər nəzərdə tutulur?Zəhmət olmasa açıqlama verərdiniz

  • Babayev M
    İyul 30, 2026 - 15:17

    Salam men Babayev Məharət 10iyun tarixində 65 yaşım tamamilə bu günə qədər pensiyaya hesablanmayıb 1961. 10 iyunda anadan olmuşam

  • Yusif
    İyul 30, 2026 - 17:31

    9

  • Yaqub Xudiyev
    İyul 30, 2026 - 19:22

    Mənim ümumilikdə 49 il yarım iş stajım var. Ancaq mənə 2006-cı ildən 2021-ci ilədək olan iş stajım hesablanıb və ayda 403 manat pensiya verilir. Bu, nə dərəcədə qanuna uyğundur?

    • HAQ
      İyul 31, 2026 - 00:14

      Dost xidmətinə müraciət edin sənədlərlə

  • Sevinc
    İyul 30, 2026 - 19:48

    Salam menim is stasim 21 ile yaxindi, 1998 kimi islemisem ali mektebin təyinatı ile nazirlikdə aparıcı iqtisadci vezifesinde. İnstitutu Ukraynada bitirmişəm respublikamız terefinden gonderilmisdim.1978-1982. Ele o vaxtdan teyinatimi nazirliye vermişdilər. Ulu öndərimiz sexsen bizi tebrik edib yola salmışdı. Efsuslar olsunki mene pensiya vermedilerki stasim 25 il deyil.sosial muavinet təyin edildi. Bu ne qeder dogrudu.

  • Əzizov Vəkil Sahibləri oğlu
    İyul 30, 2026 - 20:35

    Salam.Mən 1978-1983 – çi illərdə ali təhsil almışam.Sonra 1983- cu ildən 2006-ci ilədək fasiləsiz işləmişəm.2016-ci ildən xəstəliyinə əlaqədar.2-ci qrup əlilliyə görə təqaüd almışam 2026- çi il mayından müxtəlif bölgələrlə kəsilib.Fevral ayından Yaşa görə təqaüd almalıyam Təqaüd hansı qanunla həyata keçirilməlidir.

  • Senan
    İyul 30, 2026 - 22:05

    Bu ekspert nə nağıl danışır.2006 cı il əvvəli 2006dan sonraki illər.nəbilim nəəə.qısaca deki 2006dan əvvəl olanlara düşmürdə.nə dəxli varki 3 və ya 5 il işliyib.bu adam işliyib əziyyət çəkibdir.dəyər vermək lazımdır yaşlılara.

  • Muslum
    İyul 30, 2026 - 22:34

    Salam…insan nedir ? İnsan Allah in yer üzərinə göndərdiyi ,bütün her şeyden üstün qıldığı ,torpaqdan yaradılan və torpağa dönen zərif bir varlıqdır …Nədən nu dünyanı ,her kesin haqqı çatan bu dünyanı insana Zidan edir siz . Her kes yaşamalı ,həyatdan lezzət almalidir. Sizde oyuncaq sanıb insanları düşünmeden məhv edirsiz .. 88 mindən artıq insan pensiya yaşını gözləyə gözləyə gözünü yumdu . Bu acı bir reallıqdır ,həqiqətdən de . Mən sizə yalvarmiyacam ama onu deyecem ki ,biraz olsa qürurunuz olsun . Olsun ki ,her kesin haqqı olan pensiya verilsin ..İnsanlara baxın ne gundediler acı cekiller . Evlənən yox ,dermanını ala bilmeyen yox

  • Elxan
    İyul 30, 2026 - 22:57

    Belə çıxır ki əmək haqqı ilə çalışmayanlar fəhlələr ustalar digər əmək haqqı olmayan məkanda çalışanlar ölənə kimi surunecek ? Bu gedişlə pensiya yaşında çatmaq mümkün olmuyacaq hər il yaş həddi qaldırılır

  • Adil
    İyul 30, 2026 - 23:05

    Bunun danişdiqi mühaziredir. Əslində mən deyim: 2006 ya qeder işleyen veyendaşlara (Əmək stajı götürülür ve 25 il verir her vetendasa, onun da (her ilini) vetendaşa bu güne hesabıayir 2026 cixanlara 7 m. 15 q epik. 25 il verir, o da 25 iline düşür – 178 manat. 2006 dan işleyen, o artıq olur “emek staji yox, ” Sığorta staji” Orada yığılan pulu bölürsen 144 aya, ne edirse, 2006 evvelkini 178 m. gelib, cemleyirsen, olur bu güne senin pensiya mebleqin.

  • Əminə
    İyul 30, 2026 - 23:16

    Mənim 2006 cı ilə qədər 17 il stajım var
    Ümidvaram ki pensiya illərim yüksək səviyyədə olacaq.

  • Ayten
    Avqust 1, 2026 - 13:02

    Salam.Men 2005 noyabrin 16.dan 2009-cu il iyun ayinin 1.ne qeder Riyad-farm MMC.de işlemişem.Resmi işçi idim.emek kitabcamda var idi.Bu illerdeki stajimin pensiya kapitalima elave olunmasi üçün ne etmiyem.hemin kitabçam ama mende deyil.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*