“2016-cı ildə KTMT daha çox ermənipərəst mövqe tuturdu, bəs indi nə oldu?” – Mamicanyanbackend

"2016-cı ildə KTMT daha çox ermənipərəst mövqe tuturdu, bəs indi nə oldu?" - Mamicanyan

Paşinyanın KTMT-nin Ermənistana yardımı haqqında sənədi imzalamaqdan imtina etməsi müxtəlif nəticələrə gətirib çıxara bilər.

KONKRET.az xəbər verir ki, bunu Ermənistan parlamentinin “Şərəfim var” müxalifət fraksiyasının rəhbəri Ayk Mamicanyan deyib.

O qeyd edib ki, hər hansı bir beynəlxalq sənədi həyata keçirmək üçün ölkənin çəkisi olmalıdır və ya ən azı beynəlxalq münasibətlərin subyekti olmalıdır.

Mamicanyanın sözlərinə görə, Ermənistan beynəlxalq platformalarda lazımi vasitələrdən istifadə etmir.

O xatırladıb ki, beynəlxalq hüquq və geosiyasət baxımından daha çətin vəziyyətdə – 2016-cı ildə KTMT daha çox ermənipərəst mövqe tuturdu.

“Çünki Ermənistanda hakimiyyətin başında vətənpərvərlər dayanırdı. Bu kontekstdə vətəndaşları nəticə çıxarmağa çağırıram ki, problem həqiqətən beynəlxalq strukturlardadır, yoxsa Ermənistanı bu beynəlxalq strukturlarda təmsil edən qondarma məmurlarda?” –  deyə Ayk Mamicanyan əlavə edib.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*