2024-cü ildə ABŞ prezidenti kim olacaq? – PROQNOZbackend

2024-cü ildə ABŞ prezidenti kim olacaq? - PROQNOZ

Böyük ehtimalla 2024-cü ildə ABŞ-da keçiriləcək prezident seçkiləri əvvəlki kimi olacaq və Co Bayden ikinci müddətə yenidən seçiləcək.

KONKRET.az xəbər verir ki, bu barədə CBS telekanalının efirində “Cook Political Report”un analitiki Emi Volter bildirib.

O qeyd edib ki, 2020-ci ildə amerikalıların əksəriyyəti Co Baydenə deyil, Ağ Evin o vaxtkı rəhbəri Donald Trampın əleyhinə səs verib.

“Bu seçicilər Co Bayden və onun siyasətindən narazı ola bilərlər, lakin alternativi qəbul etməyəcəkləri üçün ona səs verməkdən başqa seçimləri yoxdur”, – Volter deyib.

Eyni zamanda o etiraf edib ki, Trampın ətrafında Baydendən fərqli olaraq şəxsiyyətə pərəstiş var.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*