Ağdam şəhərində 2-ci faza üzrə məcburi köçkünlər üçün orta mərtəbəli və çoxfunksiyalı yaşayış kompleksi üzrə inşa olunmuş qazanxananın “Mərkəzləşdirilmiş istilik təchizatı sisteminin idarə olunması işlərinə 354 008 AZN xərclənəcək.
KONKRET.az pravdaaz-a istinadən xəbər verir ki, xidməti “City Service” MMC göstərəcək.
Vəsaiti isə “Ağdam, Füzuli və Xocavənd Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xdiməti” public hüquqi şəxsi ödəyəcək. Bağlanan müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib. Şirkətin rəhbəri Rəcəbli Tural Hadı oğludur.
Qeyd: T.Rəcəbli mərhum sabiq deputat Hadi Rəcəblinin oğludur.
