2027-ci ildə onların həyatında nələr dəyişəcək? – Bu tarixlərə diqqət!backend

2027-ci ildə onların həyatında nələr dəyişəcək? - Bu tarixlərə diqqət!

1981-1988-ci illərdə doğulanları qarşıdakı illərdə həyatlarında mühüm dəyişikliklər, daxili oyanış və yeni qərarlar gözləyə bilər.

KONKRET.az yenisabah-a istinadən xəbər verir ki, astroloqların şərhlərinə görə, bu dövrdə Uran planetinin doğum xəritəsindəki mövqeyi ilə qarşıdurması insanın həyatında dönüş nöqtəsi yarada bilər.

Astroloji yanaşmaya əsasən, illərdir iş, ailə, ev və övlad məsuliyyətlərini ön planda tutaraq öz istəklərini arxa plana keçirən insanlar bu mərhələdə özlərinə daha çox vaxt ayırmaq, həyatlarını dəyişmək və şəxsi arzularının ardınca getmək istəyəcəklər.

Astroloqlar bunu insanın özünü yenidən kəşf etdiyi, əvvəlki həyat tərzini sorğuladığı və müstəqillik ehtiyacının artdığı bir mərhələ kimi xarakterizə edirlər.

Proqnoza görə, hazırda 1981-ci ilin sonu və 1982-ci ildə doğulanlar bu astroloji dövrə daxil olurlar. 2027-ci ildə isə 1983-cü il təvəllüdlülərin növbəsinin çatacağı bildirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*