Banklar haqda mühüm yenilik elan edildi – Gələn il bizi nələr gözləyir?backend

Banklar haqda mühüm yenilik elan edildi – Gələn il bizi nələr gözləyir?

risklər də yaradır. Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə bank sektoruna nəzarətdə süni intellekt və riyazi modellərdən qaynaqlanan risklərə xüsusi diqqət yetirəcək. Eyni zamanda, bankların risklərinin qiymətləndirilməsi üçün yeni nəzarət sistemlərinin tətbiqi də genişləndiriləcək.

Maraqlıdır, 2027-ci ildə bankları hansı yeni risklər gözləyir? Süni intellektin bank sektorunda geniş tətbiqi hansı təhlükələri yaradır? Yeni nəzarət mexanizmləri bank müştərilərinin maliyyə təhlükəsizliyinə necə təsir edəcək?

KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan “ITStation” şirkətinin texnologiya direktoru Eşqin Nuruşov deyib ki, gələn il bank sektorunda əsas risklərdən biri kibertəhlükələrin artması olacaq:

“Süni intellekt vasitəsilə saxta mesajlar, zənglər, hətta bank əməkdaşlarının səsinə bənzər səslər hazırlamaq daha da asanlaşacaq. Bu isə müştərilərin aldadılması və hesablarından pul oğurlanması hallarını artırır. Digər risk bankların qərarvermə prosesində süni intellektə həddindən artıq güvənməsidir. Məsələn, kredit müraciətlərinin qiymətləndirilməsində istifadə olunan modellər səhv nəticə verə, bəzi müştərilərə əsassız imtina edə bilər”.

Ekspert bildirib ki, müştərilərin şəxsi və maliyyə məlumatlarının sızması da bu yöndə olan təhlükələrdəndir:

“Lakin yeni nəzarət mexanizmləri bu risklərin vaxtında aşkarlanmasına kömək edəcək. Bankların sistemləri daha ciddi yoxlanılacaq, şübhəli əməliyyatlar daha tez müəyyən ediləcək. Bu da müştərilərin vəsaitlərinin qorunmasına müsbət təsir göstərə bilər. Ancaq burada əsas məsələ təkcə texnologiyanın tətbiqi yox, onun təhlükəsiz və düzgün idarə olunmasıdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*