“Sabah” komandası UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turunda “Barselona” ilə keçirəcəyi qarşılaşmadan əvvəl son məşqinə çıxıb.
KONKRET.az xəbər verir ki, Masazır təmsilçisi Bakı Olimpiya Stadionunda azarkeşlərin önündə məşq edib.
Qeyd edək ki, “Sabah” – “Barselona” matçı sabah saat 21:45-də Bakı Olimpiya Stadionunda keçiriləcək.
Əməkdaşımız Xəyal Vəlizadənin məşqdən lentə aldığı görüntüləri təqdim edirik:










