WC qısaltmasının tarixi: 19-cu əsrin gigiyena inqilabından gələn simvolbackend

WC qısaltmasının tarixi: 19-cu əsrin gigiyena inqilabından gələn simvol

Restoranlarda, ticarət mərkəzlərində və ictimai yerlərdə tez-tez qarşımıza çıxan “WC” qısaltması müasir gigiyena və kanalizasiya tarixinin formalaşdığı dövrlə bağlıdır.

KONKRET.az xəbər verir ki, müasir kanalizasiya şəbəkələri geniş yayılmazdan əvvəl gigiyena üsulları sadə idi. Mühəndislərin müasir su və kanalizasiya sistemlərini inkişaf etdirdiyi 19-cu əsrdə sifonlu tualetlərin istifadəsi artdı.

Bu dövrdə ingilislər sifonlu sistemlə işləyən bu məkanlar üçün “Water Closet” terminini işlədiblər. O dövrün ingiliscəsində “closet” kiçik, qapalı otağı, “water” isə təmizlik üçün istifadə olunan suyu bildirirdi (hərfi mənası “sulu kabin”).

İstifadə rahatlığına görə bu ifadə qısaldılaraq beynəlxalq səviyyədə tanınan WC simvoluna çevrilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*