2050-ci ildə yaşlı insanların sayı bu qədər olacaq – STATİSTİKAbackend

2050-ci ildə yaşlı insanların sayı bu qədər olacaq - STATİSTİKA

Bu gün 1 oktyabr “Ümumdünya Yaşlılar Günü” kimi qeyd olunur. Yaşlı şəxslərin sağlamlığı ilə bağlı ictimaiyyətin məlumatlandırılması məqsədilə hər il bu günü dünyada qeyd edirlər.

KONKRET.AZ xəbər verir ki, mövcud tendensiyalar dünyada yaşlı əhalinin gündən-günə artdığını bildirir.

Bu hesablamayla 2050-ci ilə qədər hər 6 nəfərdən birinin 65 və ya daha yuxarı yaşı olacağı bildirilir.

Birləşmiş Millət Təşkilatı tərəfindən hazırlanan “Dünya Əhalisinin Gözləntiləri” proqramına 2019-cu ildə edilmiş əlavələrdə bu gün 143 milyon olan 80 yaşdan yuxarı əhalinin 2050-ci ildə 426 milyona qədər artacağı proqnozlaşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*