2050-ci ilə qədər İstanbulun bir hissəsi su altında qalacaq – VİDEObackend

2050-ci ilə qədər İstanbulun bir hissəsi su altında qalacaq - VİDEO

2050-ci ilə qədər Mərmərə dənizinin səviyyəsi yüksələcək və bu İstanbulun bir sıra ərazilərinin su altında qalmasına səbəb olacaq.

KONKRET.az xəbər verir ki, bu barədə Boğaziçi Universitetinin İqlim Siyasəti Araşdırma Mərkəzinin direktoru Levent Kurnaz DHA xəbər agentliyinə müsahibəsində bildirib.

O, buzlaqların əriməsinə və dəniz səviyyəsinin qalxmasına işarə edib.

“Dəniz səviyyəsindən təxminən yarım və ya bir metr yüksəklikdə yaşayan hər kəs narahat olmalıdır. 2050-ci ilə qədər Mərmərə dənizi ən azı 50 sm yüksələcək və təkcə Boğaziçi sahillərindəki villaları deyil, Kadıköy ərazisini də su basacaq”, – alim deyib.

Kurnaz bildirib ki, Dolmabağça və Çırağan saraylarının, eləcə də sel təhlükəsi ilə üzləşən digər mədəniyyət obyektlərinin yaxınlığında divarlar çəkmək lazımdır.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*