Pakistanda 3 nəfərin təcavüzünə məruz qalan Azərbaycan vətəndaşı Diana Bağıyeva ilə bağlı yeni faktlar ortaya çıxıb.
KONKRET.az oxu.az-a istinadla xəbər verir ki, sosial şəbəkənin Pakistan seqmentində Diana Bağıyevanı ilk dəfə bu ölkəyə gətirdiyi iddia olunan şəxslə (böyük ehtimalla əri – red.) fotosu yayılıb.
Bu, pakistanlı iş adamı Zain Buxaridir. Diana Bağıyevanın iş adamından 2.5 milyon Pakistan rupisi (təxminən 15 min manat) pul aldığı iddia olunur.
Bu, Zain Buxari və onun 25 illik yaxın dostu, parça ticarəti ilə məşğul olan Şabir Əhməd (Nəqaş kimi də tanınır) arasında ixtilafın yaranmasına da səbəb olub. Nəticədə onların dostluğu pozulub, Zain Buxari isə onu Dianadan ayırmağa çalışdığı üçün “Nəqaş”ı öldürməyə cəhddə ittiham edilib.
Diana Bağıyeva hazırda ailə üzvləri ilə ünsiyyətə qəti şəkildə can atmır. Onun yaxın vaxtlarda Azərbaycana qayıtması gözlənilir.
Xatırladaq ki, 23 yaşlı Azərbaycan vətəndaşı Diana Bağıyeva Lahorda təcavüzə məruz qalıb.
