Polad Bülbüloğlu AzTV-nin yubileyinə o xanımla gəldi – FOTObackend

Polad Bülbüloğlu AzTV-nin yubileyinə o xanımla gəldi

Noyabrın 15-də Heydər Əliyev Sarayında Azərbaycan Radiosunun 100, Azərbaycan Televiziyasının isə 70 illik yubileyi münasibətilə “Yubiley gecəsi” adlı konsert proqramı təşkil olunub.

KONKRET.az modern.az-a istinadən xəbər verir ki, tədbirdə dövlət və hökumət rəsmiləri, deputatlar, sənət aləminin nümayəndələri və digər şəxslər iştirak ediblər.

Diqqətçəkən məqamlardan biri Xalq artisti, deputat Polad Bülbüloğlunun tədbirə Əməkdar artist, tanınmış rəqqasə və pedaqoq Eteri Cəfərova ilə birlikdə gəlməsi olub. Onlar yubiley tədbirini yanaşı izləyiblər. Elektronika məhsulları

Polad müəllimlə Eteri xanımın yubiley tədbidində birgə olması media mənsublarının kamerasından yayınmayıb.

Xatırladaq ki, bir neçə ay öncə ölkə mediasının gündəmini Polad Bülbüloğlu ilə Eteri Cəfərovanın evlənmə xəbəri zəbt etmişdi. Həmin vaxt bu xəbər birmənalı şəkildə təkzib olunmamışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*