Bakıda SSRİ bayrağı ilə yürüşə cəhd edən şəxslər barəsində qərar verildibackend

Bakıda SSRİ bayrağı ilə yürüşə cəhd edən şəxslər barəsində qərar verildi

Sosial şəbəkələrdə kommunist ideologiyasının təbliğinə dair materiallar yaymaqda, SSRİ bayraqları ilə yürüş etməyə cəhd göstərməkdə ittiham edilən Abdulla İbrahimli, İbrahim Əsədli, Elçin Bayramlı, Mehman Zeynalovun barələrində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

KONKRET.az apa-ya istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim İbrahim İbrahimlinin sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib, aşağı instansiya məhkəməsinin hökmü qüvvədə saxlanılıb.

Xatırladaq ki, Nizami Rayon Məhkəməsinin hökmünə əsasən, İbrahim Əsədli 2 il, Abdulla İbrahimli 2 il, Elçin Bayramlı 1,5 il, Mehman Zeynalov 1,5 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən il noyabr ayında sosial şəbəkələrdə kommunist ideologiyasının təbliğinə dair SSRİ bayraqları ilə yürüş etməyə cəhd göstərən bir qrup şəxsin videogörüntüləri yayılıb.

Daxili İşlər Nazirliyi tərəfindən keçirilən tədbirlərlə təşkilatçı şəxslər Abdulla İbrahimli, İbrahim Əsədli, Elçin Bayramlı, Mehman Zeynalov müəyyən olunaraq saxlanılıb. Məhkəmənin qərarı ilə onların barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Onlar Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi üzrə ittiham edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*